Magistratura imtahanının birinci mərhələsinin nəticələri açıqlandı

magistratura-imtahaninin-birinci-merhelesinin-neticeleri-aciqlandi
Oxunma sayı: 721

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb.
 
 "Qafqazinfo" DİM-ə istinadən xəbər verir ki, bakalavrlar DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
 
Qeyd edək ki, mtahanda iştirakı nəzərdə tutulan 13081 bakalavrdan 109 nəfəri imtahana gəlməyib. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 99 bal olub.
 
Magistraturaya qəbul imtahanının II mərhələsi isə iyunun 4-də keçiriləcək və bakalavrların ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.