“Magnum” dondurmalarından əsl həzzin yeni erası - Fotolar

magnum-dondurmalarindan-esl-hezzin-yeni-erasi
Oxunma sayı: 1892

Bakıda yerləşən “Unbar” restoranında bu yayın əsas yeniliyi olan “Magnum Duet” dondurmalarının satışa çıxarılması münasibətilə qapalı əyləncəli gecə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə eksklüziv olaraq “Magnum Duet” dondurmasının təqdimatı keçirilib.

Bu dondurmanın dadında nəfis qaymaqlı dondurmanın qırmızı meyvələrlə (gilemyvələrlə) ahəngi, həmçinin ağ və klassik “Magnum” şokoladının qarışığı öz əksini tapıb ki, bu da yeni həzz erasının başlanğıcıdır.

Tədbirdə iştirak edən Azərbaycanın ən məşhur influenserləri və blogerləri inanılmaz yay bayramı mühitinə dalıb. Onlar həm yeni məhsulun dadından zövq almaq, həm də maraqlı müsabiqələrin və xüsusi musiqi proqramının iştirakçısı olmaq imkanı qazanıblar.

Tanınmış azərbaycanlı müğənni və bəstəkar DiHaj istedadlı saksofon ustası Teymur Süleymanbəyli ilə əfsanəvi “Qaya” qrupunun “Ey həyat, sən nə qəribəsən” mahnısının remiksini ifa ediblər. Tədbirin qonaqları bu ifanı alqışlarlarla qarşılayıblar.

“Magnum” “Ləzzətsiz yaşanan hər bir gün itirilmiş gündür” fəlsəfəsini rəhbər tutur. Bu fəlsəfənin tərəfdarı olan digər qonaqlar kimi Fuad Hacıyev və Mehin Hümbətova da tədbiri yüksək əhvali-ruhiyyədə keçiriblər. “Magnum”un təşkil etdiyi tədbirin iştirakçıları bir neçə saatlıq problemləri unutmaq, gündəlik işlərdən uzaqlaşmaq və məftunedici anlardan zövq almaq imkanı əldə ediblər!

Yeni “Magnum Duet” dondurması və məşhur Azərbaycan qrupunun ifa etdiyi mahnının remiksi dad və musiqi sahəsində yeni klassik təcrübədir. Bu təcrübə hər zaman aktual olacaq və heç vaxt dəbdən düşməyəcək.

Məxməri dondurma və qırmızı meyvələr... Nəfis ağ və klassik Magnum şokoladı... İki fərqli şokolad və dərin həzz təcrübəsiylə yepyeni bir klassik – DUET!

Siz də yeni “Magnum Duet” dondurması ilə əsl həzz yaşayın!