Mahaçqala-Bakı aviareysi açıla bilər

mahacqala-baki-aviareysi-acila-biler
Oxunma sayı: 886

Dağıstan Respublikasının paytaxtı Mahaçqaladan Bakı şəhərinə birbaşa təyyarə reyslərinin açılması planlaşdırılır.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bu barədə "Mahaçqala aeroportu" SC-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hava limanı rəhbərliyi bu məqsədlə "Sibir" aviaşirkətinə təklif göndərib.