Mahaçqalada kütləvi dava, polis havaya atəş açdı - Video

Mahaçqalada kütləvi dava, polis havaya atəş açdı
Oxunma sayı: 1942

Dağıstanın Mahaçqala şəhərində Korkmasov və Həmid Dalqatov küçələrinin kəsişməsində kütləvi dava olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, davada yolu təmir edən işçilər və yaxınlıqda yaşayan insanlar iştirak edib.

Məlumata görə, sahəni asfaltlama üçün hazırlayan podratçı təşkilatın nümayəndələri ilə avtomobillə bu əraziyə getmək istəyənlər arasında dava düşüb. 

Dağıstan üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, davada 40-a yaxın adam iştirak edib və polis iğtişaşı dayandırmaq üçün havaya atəş açmalı olub.

“Silahın tətbiqi nəticəsində xəsarət alan olmayıb. Polisin qanuni tələblərinə tabe olmayan hadisənin 7 fəal iştirakçısı saxlanılaraq polis şöbəsinə aparılıb", - polis əlavə edib.

Hadisənin detalları araşdırılır.