Mahaçqalada tankerdə partlayış - 3 ölü+Yenilənib

mahacqalada-tankerde-partlayis
Oxunma sayı: 900

Dağıstanın paytaxtı Mahaçqalada dəniz limanında tankerlərin birində güclü partlayış baş verib.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər həlak olub, iki nəfər itkin düşüb. 

Məlumata görə, tankerin göyərtəsində ümumilikdə 6 nəfər olub.

Hazırda hadisə yerində xilasedicilər çalışır.

Faktla bağlı cinayət işi açılıb.

***

“RİA Novosti” xəbər verir ki, yoxa çıxan hər iki nəfərin cəsədi tapılıb.

***

Partlayış nəticəsində 3 nəfər ölüb, 3-ü isə yaralanıb.

Yaralılardan birinin vəziyyəti ağırdır.

Ümumilikdə tankerin göyərtəsində 12 nəfər olub.