Mahaçqalada toyda partlayış - 23 yaralı + Video

mahacqalada-toyda-partlayis-
Oxunma sayı: 2104

Mahaçqalada “Layli” banket zalında toy zamanı güclü partlayış baş verib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 23 nəfər xəsarət alıb, onlardan 5-nin vəziyyəti ağır qiymətləndirilir. Bu barədə Dağıstanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, zərərçəkənlərin əksəriyyəti mətbəxdə işləyən qadınlar olub.