Mahaçqalada yenidən silah səsləri eşidilib

mahacqalada-yeniden-silah-sesleri-esidilib
Oxunma sayı: 3846

Dağıstanın paytaxtı Mahaçqalada atışma olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, Lenin və Korkmasova küçələrində atışma səsləri eşidilir. Təhlükəsizlik qüvvələri hadisə yerindədir, yollar bağlanıb. Yoldan keçənlərdən dağılmaq və ya gizlənmək xahiş olunur. Qeyd olunur ki, Korkmasova küçəsində yaşayan sakinlərdən küçəyə çıxmamaları xahiş olunur.

Baş verənlərlə bağlı rəsmi məlumat yoxdur.

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. Hadisə nəticəsində 15-dən çox polis əməkdaşı vəfat edib.