Mahir debüt matçında het-trik etdi - Video

mahir-debut-matcinda-het-trik-etdi
Oxunma sayı: 6354

Bu yay "Qarabağ"dan ayrılaraq Polşanın "Legiya" klubuna keçən Mahir Emreli yeni komandasında ilk oyununa çıxıb.

"Qafqazinfo" xəbər verir ki, o, hazırda Avstriyanın 3-cü liqa təmsilçisi "Bisşofşofen" klubu ilə keçirilən yoxlama matçında start heyətində meydana daxil olub. 

Mahirin yeni komandasında debütü uğurlu alınıb. Millimizin üzvü hazırda ilk hissəsi başa çatan qarşılaşmanın 36-cı dəqiqəsinə kimi 3 qol vurub. O, 6, 22 və 36-cı dəqiqələrdə rəqib qapısına yol tapıb.

Qarşılaşma "Legiya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb.