Mahir “Dinamo”dan ayrılır?

mahir-dinamodan-ayrilir
Oxunma sayı: 2183

Azərbaycan millisinin hücumçusu, Zaqreb “Dinamo”sunda çıxış edən Mahir Emreli komandadan ayrıla bilər.

“Qafqazinfo” xəbər verir ki, bunu klubun baş məşqçisi Sergey Yakiroviç “Sportske”yə müsahibəsində deyib.

O, bəzi futbolçuların “Dinamo”dakı taleyi ilə bağlı sualları cavablandırıb.

Mahirin başqa klubdan təklif aldığını və komandadan ayrılmaq istədiyini bildirib:

“Onun böyük ehtimalla reallaşacaq təklifi var. Düşünürəm ki, bunu reallaşdırmaq istəyəcək”.

Qeyd edək ki, M. Emrelinin 2022-ci ilin fevralından çıxış etdiyi “Dinamo” ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.