Mahir Emreli 2 ay meydana çıxmayacaq

mahir-emreli-2-ay-meydana-cixmayacaq
Oxunma sayı: 1663

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin müalicəsi davam edir.

“Qafqazinfo” xəbər verir ki, xəbər verir ki, Zaqreb “Dinamo”sunun futbolçusu hazırda həkim nəzarətindədir.

O, növbəti matçlarda meydana çıxmayacaq. Mahirin təxminən 2 ay kollektivdən ayrı qalması gözlənilir.

Qeyd edək ki, Mahir Emreli qış təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşündə diz bağlarından xəsarət alıb.