“Legiya”da 2022-ci ildə komandada çıxış edən futbolçuların performansları dəyərləndirilib.
“Qafqazinfo” xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda ötən il bu komandanın formasını geyinən Mahir Emreli antiqəhrəmanlar arasında yer alıb.
Hazırda Zaqreb “Dinamo”sunda çıxış edən azərbaycanlı hücumçu 2022-ci ildə Varşava təmsilçisindən ayrılıb. Buna səbəb klubun azarkeşlərinin ona hücum etməsi olub. Mahir fanatlar tərəfindən “Legiya”nın ötənilki 2 antiqəhrəmanından biri seçilib. 24 yaşlı forvard 2004 səs toplayıb.
Digər antiqəhrəman isə klubda uğursuz idarəçiliyinə görə prezident Dariuş Mioduskidir.
Son xəbərlər
Son Xəbərlər