Millimizin üzvü Mahir Emrelinin yeni komandası “Konyaspor” bu gün Türkiyə Super Liqasında növbəti oyununa çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Konya təmsilçisi 24-cü turda “Giresunspor”u qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Mahir də bu oyunda iştirak edə bilər. O, meydana çıxsa, “Konyaspor”da və ümumiyyətlə, Super Liqada rəsmi debüt edəcək.
Qeyd edək ki, “Konyaspor” 22 oyundan sonra 27 xalla 10-cu pillədə qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər