Azərbaycan milli komandasının üzvü Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan ayrılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.
27 yaşlı hücumçu artıq azad agent statusu daşıyır.
Qeyd edək ki, M.Emrelinin xidmətində Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Nürnberq” klubu maraqlıdır.