Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan yığmasının üzvü Mahir Emrelidən danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, millimizin forvardının ən azı yarım saat meydana çıxa biləcəyini deyib:
“Əminəm ki, Mahir Emreli ən azı yarım saat oynaya biləcək. Mahirin əvvəldən oynayıb-oynamayacağını hələlik bilmirəm. Bu, onun üçün erkən ola bilər”.
Qeyd edək ki, Mahir Emreli bu yay “Nürnberq”ə Zaqreb “Dinamo”sundan keçib. O, yeni komandasında hələ debüt edə bilməyib.