Mahir Emreli ən pis futbolçulardan ibarət “11-lik”də - Foto

mahir-emreli-en-pis-futbolculardan-ibaret-11-likde
Oxunma sayı: 8816

Polşa Ekstraklasasında 11-ci turun ən pis futbolçulardan ibarət rəmzi komandası açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, “Wezslo” nəşrinin açıqladığı siyahıda Azərbaycan millisinin üzvü Mahir Emreli də yer alıb.

“Legiya”nın heyətində “Lex”lə matçda zəif çıxış edən hücumçu ən zəiflər arasında olub.

Qeyd edək ki, Mahir Emreli “Lex”lə oyunda 65 dəqiqə meydanda olub və yalnız bir dəfə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlə yadda qalıb.