Mahir Emreli ilk qolundan danışdı

mahir-emreli-ilk-qolundan-danisdi
Oxunma sayı: 2092

““Dinamo”da ilk qolumu vurduğum üçün  sevincliyəm. Komandamı və azarkeşlərimizi təbrik edirəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu Zaqreb “Dinamo”sunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli deyib. 

O, Xorvatiya çempionatında ötən gecə “Riyeka”ya qarşı keçirilən matçda vurduğu qoldan danışıb: “Şükür ki, qol vura bildim. Bu mənim üçün çox vacib idi. Hər kəsə təşəkkür edirəm.  Məni dəstəkləyənlərə minnətdaram. Çalışmağa davam edəcəm və qarşıda vacib oyunlar var”. 

Qeyd edək ki, Mahir Emreli “Riyeka” ilə matçın 79-cu dəqiqəsində hesabı 1:1 edib.