Millimizin hücumçusu Mahir Emreli Polşa “Legiya”sında ilin ən yaxşı legioneri seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
25 yaşlı hücumçu azarkeşlər arasında keçirilən sorğuda 42 faiz səslə komanda yoldaşlarını qabaqlayıb. Serbiyalı müdafiəçi Filip Mladenoviç 39 faizlə ikinci, çexiyalı forvard Tomaş Pexart 19 faizlə üçüncü olub.
Son xəbərlər
Son Xəbərlər