Mahir Emreli “Legiya”da rəsmi debüt edəcək

mahir-emreli-legiyada-resmi-debut-edecek
Oxunma sayı: 1980

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubu “Legiya” bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində ilk oyuna çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Varşava təmsilçisi Norveçdə “Bude Qlimt”in qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlanacaq. Əgər M.Emreli meydana çıxarsa, bu, futbolçumuzun “Legiya”da rəsmi debütü olacaq. Polşa mətbuatı güman edir ki, 24 yaşlı hücumçu bu gün start heyətdə yer alacaq.

Qeyd edək ki, M.Emreli “Legiya”da keçirdiyi yoxlama oyunlarında ümumən 6 qola imza atıb.