Mahir Emreli “Legiya”nı məhkəməyə verdi

mahir-emreli-legiyani-mehkemeye-verdi
Oxunma sayı: 5832

Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu "Legiya"nı məhkəməyə verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Varşava təmsilçisinin 25 yaşlı hücumçuya olan borcudur.

Xəbərdə bildirilib ki, M.Emreli həm də klubu ilə müqaviləsinə xitam verilməsini istəyir.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb.

Onunla Xorvatiyanın "Dinamo" (Zaqreb), Macarıstanın "MOL Fehervar" və Yunanıstanın "Aris" klublarının maraqlandığı bildirilir.