Mahir Emreli “Legiya”nın son 10 ildəki bombardirləri siyahısında

mahir-emreli-legiyanin-son-10-ildeki-bombardirleri-siyahisinda
Oxunma sayı: 2199

Polşanın “Legiya” klubu son 10 ildəki bombardirlərinin siyahısı açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıda Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yer alıb. 

O, 10-cu pillədə qərarlaşıb. Hazırda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Emreli Varşava təmsilçisinin heyətində 33 oyuna 11 qol vurmuşdu. 

Siyahıya 86 oyuna 55 qol vuran Nemanya Nikoliç başçılıq edir.