“Mahir Emreli öz çıxışından razı qala bilməz” - “Legiya”nın baş məşqçisi

mahir-emreli-oz-cixisindan-razi-qala-bilmez
Oxunma sayı: 2573

“Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Polşa Ekstraklasasının 11-ci turunda “Lex”ə 0:1 uduzduqları matçdan sonra Azərbaycan millisinin üzvü Mahir Emreli haqqında danışıb.

“Qafqazinfo”nun məlumatına görə, o bildirib ki, Mahir öz çıxışından razı qala bilməz:

“Mahirin avrokuboklarda qol vurub çempionatda fərqlənə bilməməsinin səbəbini deyə bilmərəm. Onun bu görüşdə əla imkanı var idi. Bundan öncəki matçda da eyni fürsəti əldə edib fərqlənə bilməmişdi. Bu səbəbdən o, öz çıxışından razı qala bilməz. İlk hissədə o qədər aktiv deyildi. İkinci hissəyə yaxşı başladı amma qol fürsətini boşa verdi. Emreli qol vurmağa cavabdehdir. Ona görə də əvəzləndi”.