Mahir Emreli “Qalatasaray”la matçın start heyətində

mahir-emreli-qalatasarayla-matcin-start-heyetinde
Oxunma sayı: 2255

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” bu gün Türkiyə Super Liqasında növbəti oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Konya təmsilçisi 26-cı turda “Qalatasaray”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bu matç üçün artıq komandaların heyətləri də açıqlanıb. Mahir “Konyaspor”un əsas heyətində yer alıb.

Qeyd edək ki, “Qalatasaray” 60 xalla turnir cədvəlinin şəriksiz lideridir. “Konyaspor” isə 31 xalla 8-ci pillədə qərarlaşıb.