Mahir Emreli rəsmi matçı da buraxacaq

mahir-emreli-resmi-matci-da-buraxacaq
Oxunma sayı: 3122

Zaqreb “Dinamo”sunda çıxış edən millimizin üzvü Mahir Emreli Xorvatiya çempionatında yeni mövsümün ilk turunu buraxacaq.

“Qafqazinfo” Xorvatiya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ante Çaçiç məlumat verib. 

O, zədədən bərpa prosesini keçən Mahirlə yanaşı, Boşko Şutalo, Antonio Marin, Marko Bulat, Amer Qoyakın hazırda ikinci komanda ilə məşq etdiyini söyləyib. 

Mütəxəssis 25 yaşlı azərbaycanlı hücumçunun çempionatın ilk turunda bu gün “Lokomotiva”ya qarşı oynamayacağını deyib,

Qeyd edək ki, M.Emreli zədə səbəbindən Xorvatiya Superkuboku uğrunda “Hayduk”la görüşü də (0:0, penaltilər seriyası - 4:1) buraxmışdı.