Mahir Emreli Reynaldoya çatdı

mahir-emreli-reynaldoya-catdi
Oxunma sayı: 923

Premyer Liqanın 15-ci turunun ötən həftə “Neftçi”yə qarşı matçında (1:2) fərqlənən “Qarabağ”ın hücumçusu Mahir Emreli Azərbaycan derbisində 9-cu qolunu vurub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

O, bu göstəricidə Reynaldo Silvaya çatıb. Braziliyalı hücumçu 9 qolun 2-ni ölkə kubokunda "Neftçi"yə vurub. Mahir isə bütün qolları ölkə çempionatında vurmaqla mütləq rekordçudur.