Zaqreb “Dinamo”sunun baş məşqçisi Jelko Kopiç komandanın azərbaycanlı hücumçusu Mahir Emrelidən danışıb.
“Qafqazinfo” xəbər verir ki, sabah UEFA Avropa Liqasının 1/16 final mərhələsində “Sevilya” ilə üz-üzə gələcək xorvatların çalışdırıcısı Mahiri tam formada olmadığını deyib:
“Mahir uzun müddət məşq etmədən gəldi və bizə gec qoşuldu. Məşqdə onu “Sevilya” ilə oyun üçün hazırladıq. Rəqabətədavamlı futbolçudur. Bir futbolçunun tam formaya düşməsi asan deyil. Ümid edirəm ki, bizə tezliklə tam gücü ilə kömək edəcək”.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Dinamo" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Son xəbərlər
Son Xəbərlər