Mahir Emrelidən “Lester”lə matç öncəsi iddialı paylaşım

Mahir Emrelidən “Lester”lə matç öncəsi iddialı paylaşım
Oxunma sayı: 1789

Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli İnstaqram hesabında maraqlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu gün UEFA Avropa Liqasında “Lester”ə qarşı keçirəcəkləri matçdan öncə bunları yazıb:

“If you plan to build walls around me, know this: I will walk through them” (Sən mənim ətrafımda divar hörməyi planlaşdırırsansa, bunu bil: mən onu aşacam).

Qeyd edək ki, “Lester” – “Legiya” matçı saat 19:30-da başlayacaq.