Türkiyə mətbuatında “Qarabağ”ın hücumçusu Mahir Emreli ilə bağlı yeni transfer iddiası yayılıb.
“Qafqazinfo” “Fanatik”ə istinadən xəbər verir ki, 22 yaşlı forvardla "Fənərbaxça" maraqlanır.
Milli üzvü bu mövsüm 25 oyuna 7 qol vurub, 6 assist edib. Mahir yığmada 19 oyun keçirib və 4 dəfə rəqiblərini məyus edib. Onun Ağdam klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Son xəbərlər
Son Xəbərlər