Mahir Emrelinin durumu necədir?

mahir-emrelinin-durumu-necedir
Oxunma sayı: 4009

Zaqreb "Dinamo"sunun baş məşqçisi Ante Çaçiç Xorvatiya çempionatının 33-cü turunda  "Lokomotiva" ilə oyun öncəsi keçirilən mətbuat konfransında komandanın zədəli futbolçusu Mahir Emrelinin son durumu haqda danışıb.

"Qafqazinfo" xəbər verir ki, o, çiynindən problemi olan millimizin üzvünün Zaqreb derbisində oynayıb-oynamayacağının dəqiqləşmədiyini deyib: "Emrelinin vəziyyətinə baxacağıq. Son məşqdən sonra kimlərin start heyətdə yer alacağı bilinəcək. Futbolçular çalışırlar".

Qeyd edək ki, sabah keçiriləcək "Lokomotiva" - "Dinamo" görüşü Bakı vaxtı ilə saat 21:05-də başlayacaq.