Mahir Emrelinin ikinci testi neqativ çıxdı

mahir-emrelinin-ikinci-testi-neqativ-cixdi
Oxunma sayı: 1449

Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin ikinci koronavirus testi mənfi çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun çıxış etdiyi Polşanın “Legiya” klubunun mətbuat xidmətinin rəhbəri İzabela Kruk Tvitter hesabında paylaşım edib.

O bildirib ki, həkimlərin rəyinə əsasən ondan götürülən ikinci testin nəticəsi neqativ olub və Emreli özünü yaxşı hiss edir.