Mahir Emrelinin komandası ÇL-ə darmadağınla başladı

mahir-emrelinin-komandasi-cl-e-darmadaginla-basladi
Oxunma sayı: 4350

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su Çempionlar Liqasında mübarizəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Xorvatiya təmsilçisi ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyununda  doğma meydanda Qazaxıstan “Astana”sı ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Mahir Emreli meydana 80-ci dəqiqədə daxil olub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-i keçiriləcək.