Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb, Xorvatiya) Çempionlar Liqasında yeni mövsümün ilk matçına çıxıb.
“Qafqazinfo” xəbər verir ki, Zaqreb təmsilçisi 2-ci təsnifat mərhələsində Şimali Makedoniya “Şkupi”si ilə evdə üz-üzə gəlib.
“Maksimir” stadionunda oynanılan görüş 2:2 hesabı ilə başa çatıb. Komandalar arasında cavab oyunu iyulun 26-sı Şimali Makedoniyada olacaq. M.Emreli zədə səbəbindən sözügedən görüşü buraxıb.
Son xəbərlər
Son Xəbərlər