Mahir Emrelinin komandası PAOK-u məğlub etdi

mahir-emrelinin-komandasi-paok-u-meglub-etdi
Oxunma sayı: 3222

Ötən gün Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyunlar çərçivəsində 8 matç baş tutub.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su öz meydanında PAOK-u məğlub edib. Zədəli Mahirin forma geyinmədiyi qarşılaşmanı azərbaycanlı hakim Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Görüş zaqreblilərin 2:0 üstünlüyü ilə başa çatıb.

Sözügedən oyunların nəticəsini təqdim edirik:

Konfrans Liqası
1/8 finalın ilk oyunları
7 mart

Dinamo (Zaqreb, Xorvatiya) - PAOK (Yunanıstan) 2:0

Ayaks (Niderland) - Aston Villa (İngiltərə) 0:0

Molde (Norveç) - Brügge (Belçika) 2:1

Olimpiakos (Yunanıstan) - Makkabi (Təl-Əviv, İsrail) 1:4

Şturm (Avstriya) - Lill (Fransa) 0:3

Makkabi (Hayfa, İsrail) - Fiorentina (İtaliya) 3:4

Yunion (Belçika) - Fənərbağça (Türkiyə) 0:3

Servett (İsveçrə) - Viktoriya (Çexiya) 0:0