Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb) bu gün Xorvatiya çempionatında növbəti matçını keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, zaqreblilər 9-cu turdan təxirə salınmış “Hayduk”la oyuna çıxacaq. Görüş Bakı vaxtilə saat 21:00-da start götürəcək.
Bu görüş Mahirin komandası üçün turnir cədvəli baxımından böyük əhəmiyyət daşıyır.
20 aprel
21:00. “Hayduk” – “Dinamo” (Zaqreb)
“Poljud” stadionu
***
Matç ev sahibinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın 63-cü dəqiqəsində Nikola Kaliniç vurub.
Son xəbərlər
Son Xəbərlər