Mahir Emrelinin “Napoli” ilə oyundan öncə səs yazısı - Video

mahir-emrelinin-napoli-ile-oyundan-once-ses-yazisi
Oxunma sayı: 4072

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin səs yazısı yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bloqer Fuad İsgəndərovun öz instaqram hesabında paylaşdığı səs yazısı “Legiya”nın “Napoli” ilə oyunundan öncəsinə təsadüf edib.

Belə ki, matçdan əvvəl bloqer gənc hücumçu ilə söhbətində İtaliya klubuna qol vurma ehtimalından danışıb.

Mahir isə gülərək “Allah bu söhbətimizi eşitsin” cavabını verib.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Legiya” - “Napoli” matçında hesabı məhz Mahir Emreli açıb. Oyun İtaliya klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.