Mahir Emrelinin oynadığı matçda “Dinamo” qalib gəldi - Yenilənib

mahir-emrelinin-oynadigi-matcda-dinamo-qalib-geldi
Oxunma sayı: 4522

Zaqreb “Dinamo”sunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilk dəfə komandanın start heyətinə daxil edilib.

“Qafqazinfo” xəbər verir ki, 24 yaşlı forvard “Şibenik”lə çempionat matçında ilk “11-lik”də meydana çıxacaq. 

Qarşılaşmanın start fiti saat 18:00-da veriləcək.

***

Zaqreb “Dinamo”su doğma meydanda “Şibenik”ə 3:0 hesabı ilə qalib gəlib.

Millimizin üzvü Mahir Emrelinin ilk hissədə vurduğu zərbə dirəyə dəyib. Mahir 59-cu dəqiqədə Komnen Andriçlə əvəzlənib.