Mahir Emrelinin qolları ÇL-də “Legiya”ya qələbə qazandırdı - Video

mahir-emrelinin-qollari-cl-de-legiyaya-qelebe-qazandirdi
Oxunma sayı: 5064

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubunda ilk rəsmi matçına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Bude Qlimt”lə (Norveç) səfər oyununda dubl edib. 

24 yaşlı hücumçu matçın 41 və 61-cı dəqiqələrində fərqlənib.

Qarşılaşma “Legiya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Mahir Emreli “Legiya”ya bu yay transfer olunub. O, bu komandanın yoxlama oyunlarında da 6 qola imza atmışdı.