Mahir İspaniyada çıxış edə bilər

mahir-ispaniyada-cixis-ede-biler
Oxunma sayı: 2912

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu  Mahir Emreli karyerasını İspaniyada davam etdirə bilər.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Besoccer" məlumat yayıb.

Bildirilir ki, gənc hücumçu İspaniya Sequndasında çıxış edən bir neçə klubun maraq dairəsindədir.

Qeyd edək ki, Mahir Emreli ötən mövsüm Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub.