Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu bu məqsədlə Zaqrebə yollanıb.
O, artıq yeni komandasında tibbi müayinədən keçdikdən sonra 4,5 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Zaqreb "Dinamo"su Xorvatiyanın ən titullu klubu sayılır.
***
Mahir Emreli “Legiya”dan rəsmən ayrılıb.
Bu barədə Polşa klubu məlumat yayıb.
Bildirilib ki, M.Emreli ilə Varşava klubu qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.
Qeyd edək ki, Emreli “Legiya”da 33 rəsmi oyuna çıxıb, 11 qol vurub və 2 məhsuldar ötürmə edib.
Son xəbərlər
Son Xəbərlər