Millimizin üzvü Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxıb. Polşa təmsilçisi Xorvatiyada Zaqreb “Dinamo”su ilə qarşılaşıb.
“Qafqazinfo” xəbər verir ki, matç 1:1 hesabı ilə başa çatıb. Mahir start heyətdə meydana daxil olub və 75-ci dəqiqədə Tomas Pekhartla əvəzlənib.
Qeydə alınan digər nəticələr aşağıdakı kimidir:
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Legiya” (Varşava) 1:1
Qollar: Bruno Petkoviç, 60 – Ernest Muçi, 82
“Spartak” (Moskva, Rusiya) – “Benfika” (Portuqaliya) 0:2
Qollar: Rafa Silva, 51. Jilbertu, 74
“Ferentsvaroş” (Macarıstan) – “Slaviya” (Praqa, Çexiya) 2:0
Qollar: David Zima, 44 (öz qapısına). İqor Xaratin, 50 (pen.)
Son xəbərlər
Son Xəbərlər