Mahir oynadı, komandası bərabərə qaldı

mahir-oynadi-komandasi-berabere-qaldi
Oxunma sayı: 5707

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 27-ci tur oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, komanda "Hayduk"un qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb.

M.Emreli sözügedən görüş üçün start heyətdə yer alıb və 56-cı dəqiqədə Marko Toliçlə əvəzlənib.

Qeyd edək ki, "Dinamo" turnir cədvəlinin 54 xalla 1-ci pilləsində qərarlaşıb, "Hayduk" isə 49 xalla 4-cüdür.