Mahir oynadı, komandası heç-heçə etdi

Mahir oynadı, komandası heç-heçə etdi
Oxunma sayı: 2398

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su Xorvatiya çempionatında 4-cü turun oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Ante Çaçiçin baş məşqçisi olduğu komanda səfərdə “Varazdin”lə qarşılaşıb.

Matç 1:1 hesabı ilə başa çatıb.

M.Emreli sözügedən görüşdə iştirak edib. Zədəsini yeni sağaldan hücumçu 46-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, “Dinamo” hazırda 10 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.