Mahir oynadı, komandası “Qalatasaray”a qalib gəldi

mahir-oynadi-komandasi-qalatasaraya-qalib-geldi
Oxunma sayı: 4196

Milli komandamızın üzvü Mahir Emreli Türkiyə Super Liqasında növbəti oyununa çıxıb. 

“Qafqazinfo” xəbər verir ki, o, “Qalatasaray”la ev oyununa “Konyaspor”un start heyətində başlayıb.

15-ci dəqiqədə sarı vərəqə ilə yadda qalan futbolçu, 79-cu dəqiqədə əvəzlənib.

Oyunda hesabı qonaqlar açıb. Lakin konyalalılar ikinci hissə geridönüş edərək əzmkar qələbə qazanıblar.

“Konyaspor” - “Qalatasaray”- 2:1

Qollar: Dikmen, 62, Ulqun, 90+3 - Raşika, 31

Qeyd edək ki, “Qalatasaray” bu matça qədər ardıcıl 14 qələbə qazanmışdı.