Mahir oynadı, komandası qalib gəldi

mahir-oynadi-komandasi-qalib-geldi
Oxunma sayı: 4082

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 32-ci tur oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, komanda səfərdə "Qoritsa" ilə qarşılaşıb. Zaqreb təmsilçisi matçda 1:0 hesabı ilə qalib gəlib.

Həmçinin bu, baş məşqçisi Ante Çaçiçin kluba ikinci təyinatından sonra ilk qarşılaşmasıdır.

Mahir Emreli oyunda start heyətdə meydana çıxıb. O, 76-cı dəqiqədə Marko Toliçlə əvəzlənib. 

Qeyd edək ki,  31 oyundan 69 xalı olan Zaqreb təmsilçisi hazırda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Osiyek" 64 xalla  2-ci, "Hayduk" (Split) 63 xalla 3-cüdür. "Qoritsa" isə 40 xalla 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, fevral ayından bu komandada oynayan Mahir Xorvatiya çempionatında 8 matçda 2 qol vurub. 

24 aprel

21:05. "Qoritsa" - "Dinamo" (Zaqreb) - 0:1 

Qol: Ariyan Ademi, 85

Baş hakim: Zdenko Lovriç