Mahir start heyətində olacaq

mahir-start-heyetinde-olacaq
Oxunma sayı: 4104

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”suna qayıtdıqdan sonra ilk rəsmi oyununa çıxmağa hazırlaşır.

 “Qafqazinfo” Xorvatiya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi İqor Biscan ölkə çempionatının I tur matçında onun xidmətindən yararlanacaq.

O, həm Mahir Emrelini, həm də Yosip Drmiçi ilk dəqiqələrdən meydana buraxmaq istəyir.

Qeyd edək ki, “Dinamo” – “Hayduk” oyunu iyulun 21-də keçiriləcək.