“Qafqazinfo” Azerisport.az-a istinadən xəbər verir ki, “Xəzər Lənkəran” bəzi azarkeşləri “Flaqman”ın qapıçısı Saşa Stamenkoviçin zədələnib yerdə qalmasını vaxt uzatması kimi qiymətləndirərək tribunadan oturacaqları qoparıb meydana atıblar.
Polis hadisəyə müdaxilə edərək qəzəbli azarkeşləri sakitləşdirməyə çalışıb.
***
Lənkəran Mərkəzi stadionundan alınan son məlumata görə, oyundan sonra hər iki komandanın soyunma otaqlarında insident baş verib. “Neftçi”nin oyunçusu Mahir Şükürovun “Xəzər Lənkəran”ın soyunma otağının şüşəsini sındırdığı deyilir. Deyerler.org
Son xəbərlər
Son Xəbərlər