Mahir Şükürovun maaşla bağlı şikayət etdiyi klubdan - - Açıqlama

mahir-sukurovun-maasla-bagli-sikayet-etdiyi-klubdan-
Oxunma sayı: 1182


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Türkiyənin “Karşıyaka” klubunun baş məşqçisi Yusif Şimşək deyib.

O, mətbuatda Mahir Şükürovun qardaş ölkə klubundan şikayət etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Mahir bizi FİFA-ya deyil, Türkiyə Futbol Federasiyasına şikayət edib. Amma böyük problem yoxdur. Bu gün bütün pulları ödəyəcəyik. Hər şey qaydasına düşəcək. Bu hərəkətinə görə ona nəsə deməyə haqqımız yoxdur. Çünki 5 ay maaş almamaq təbii ki, çətindir”.

Türkiyəli məşqçi millimizin üzvünü komandada saxlayacaqlarını bildirib: “Onu heç yerə buraxmaq niyyətində deyilik. Çünki bizə lazımdır. Sadəcə pulunu istədi və biz də o məblği ödəyəcəyik. Ondan sonra Mahir komandadan ayrılmayacaq. Ən azı mövsümün sonuna qədər bizimlədir. Bu futbolçuya ehtiyacımız var”.

Elsevər