Mahirdən “Dinamo”da daha bir qol - Video

Mahirdən “Dinamo”da daha bir qol
Oxunma sayı: 2912

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) bu gün növbəti yoxlama oyununa çıxıb. 

"Qafqazinfo" xəbər verir ki, Xorvatiyanın son çempionu Slovakiyanın yüksək liqa təmsilçisi "Spartak" (Trnava) klubu ilə qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.

Mahir də bu görüşün iştirakçısı olub. O, ikinci hissədə meydana daxil olub və  88-ci dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.

Qeyd edək ki, Emreli bundan əvvəl Sloveniyanın 2-ci liqasında mübarizə aparan "Nafta" ilə oyunda da (3:0) 1 qol vurmuşdu.