Mahirdən ilk qolla bağlı paylaşım - “Çox söz deyərdik...”

mahirden-ilk-qolla-bagli-paylasim
Oxunma sayı: 1887

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasında vurduğu ilk qolla bağlı paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, “Konyaspor”un hücumçusu 29-cu turda evdə “Adana Demirspor”la matçdan sonra instaqram hesabında bunları yazıb: “Çox söz deyərdik, amma boş verin. Dəstəkləyən hər kəsə təşəkkür edirik”.

Qeyd edək ki, Mahir 40-cı dəqiqədə  gözəl qola imza atıb. Bu, onun Super Liqada və “Konyaspor”da ilk rəsmi qolu olub.

Emreli 60-cı dəqiqədə əvəzlənib. Onun komandası isə 1:2 hesabı ilə uduzub.

Həmçinin oxuyun: Пожар в центре Баку - Видео