Mahirdən təvazökar açıqlama

mahirden-tevazokar-aciqlama
Oxunma sayı: 3599

Çexiyanın “Slaviya” klubu ilə keçirilən ev oyununda iki qolla komandasını irəli aparan Mahir Emreli oyunla bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Polşanın “Legiya” komandasının 24 yaşlı hücumçusu oyundan sonra “TVP Sport” kanalının suallarını cavablayıb və qələbə ilə bağlı öz təəssüratlarını bölüşüb.

Aparıcı Mahir Emreliyə özünü komandanı yeni mərhələyə daşıyan əsas şəxs kimi hiss edib-etməməsi barədə sual ünvanlayıb. 

Gənc hücumçu isə cavabında bildirib: “Çox təşəkkür edirəm. Lakin, xeyr. Çünki futbol komanda oyunudur və çox xoşbəxtəm ki, Avroliqanın qrup mərhələsinə yüksəldik. Əgər hamı bir-birini dəstəkləməsə qol vura bilmərəm. Komanda və azarkəşler üçün çox şadam. Bir daha təbriklər”.

Bununla yanaşı, Mahir Emreli Avroliqada gələcək oyunlarla bağlı gözləntilərini də açıqlayıb.

“Əlbəttə, güclü komandalarla qarşılaşmağa ümid edirəm. Çünki nə qədər güclü komanda ilə oynasaq, bir o qədər çox təcrübə qazanacağıq. Bu barədə heç düşünməmişdim. Amma kimlə qarşılaşacağımızdan asılı olmayaraq sona qədər mübarizə aparacağıq”.