Polşa hüquq mühafizə orqanları "Legiya” - "Visla” matçdan sonra futbolçulara qarşı quldurluq və onların döyülməsi ilə bağlı istintaqı başa çatdırıb.
“Qafqazinfo” Polşa mətbuatına istinadən xəbər verir ki, şahidlər dindirilib, şikayətçi olmadığına görə işə xitam verilib.
Qeyd edək ki, 2021-ci il dekabrın 12-də “Legiya” klubunun azarkeşləri Plotsk “Visla”sına 0:1 hesabı ilə uduzduqları matçdan sonra komandanın futbolçularına hücum ediblər. Onlar Azərbaycan millisinin hücumçusu Mahir Emreli də olub.
Xatırladaq ki, Emreli hazırda Xorvatiyanın “Dinamo” klubunun şərəfini qoruyur.
Son xəbərlər
Son Xəbərlər